Sürfüllü

  • Share
  • CevherShare
  • Share
Sümüklü mal və ya qoyun əti-400-500 q, buğda unu-400 q, iri lobya-120 q, alça vəya zoğal məti-4 x.q, sarımsaq-4-5 diş, duz.

Mal və ya qoyun ətinin sümüklərindən 4 saatdan az olmayaraq qaynadılmaqla bulyon hazırlanır və süzülür. Lobya ayrıca bişirilir. Buğda unundan suya duz qatmaqla bərk xəmir yoğrulur. Xəmirə 20 dəq istirahət verdikdən sonra kündələnir və 8-10 mm, qalınlığında yayılıb çubuqcuqlar şəklində doğranır. Həmin çubuqcuqlardan fındıq boyda tikələr kəsilib, urvalanıb, barmaqla eşilir. Bu zaman xəmir tikələri içərisi boş, xırda boruvari forma kəsb edir. Ət bulyonuna əvvəlcə sürfüllü tökülüb bişirilir, sonra ona bişirilmiş lobya qatılıb hazır vəziyyətə gətirilir. Sürfüllünü bulyonu ilə birlikdə çörəksiz yeyirlər. Xörəyin yanında sarımsaq qatılmış alça məti (və ya zoğal məti) ayrıca verilir. Sürfüllüyə turşu əvəzinə pomidor məti və ya təzə pomidor da tökmək olar. Bundan başqa, ətsiz sürfüllü də bişirilir. Bu zaman hər paya 20 q. ərinmiş  yağ götürülür, baş soğan yağda qızardılır və bişmənin sonunda əlavə edilir.

duru xörəklər MİLLİ MƏTBƏXİMİZ yarma və undan hazırlananlar , ,



Related Listing

16 Rəy

  1. Arzu, 10 ils əvvəl

    internal_server_error <![CDATA[WordPress &rsaquo; Error]]> 500