Qoz mürəbbəsi

  • Share
  • CevherShare
  • Share

Emal edilmiş qoz – 1kq,  şəkər – 1,5kq, limon turşusu – 3q, mixək – 3q və ya hil – 3q  (qeyd: 50 ədəd qoza 1 kq şəkər)

Mürəbbə bişirmək üçün diametri 24 mm-dən az olmayan qabığı odunlaşmamış sütül qoz götürülür. Qozun qabığı nazik soyulur, gündə 2-3 dəfə suyunu dəyişmək şərtilə 3 gün suda saxlanılır. Sonra qoz əhəng suyuna qoyulur. Gündə 4-5 dəfə qarışdırılmaq şərtilə 2-3 gün əhəng suyunda saxlanılır. Əhəng suyundan çıxarlımış qozları bir neçə yerindən deşərək yenidən gündə 2-3 dəfə suyunu dəyişmək şərtilə 3 gün suda saxlayırlar. Beləliklə, emal edilmiş qozlar qaynar suda 20-25 dəq. pörtülür. Üzərinə şərbət əlavə edib arada 4-5 saat saxlamaq şərtilə 2-3 dəfəyə bişirilir. Axırda limon turşusu, mixək və ya hil əlavə edilir və ümumilikdə qoz mürəbbəsi 10 gündən az olmayaraq hazırlanır.

Əhəng suyunu hazırlamaq üçün 500q təmiz əhəng 3 litr suda həll edilib, 3-4 saat saxlanılır və çökmüş əhəngin üst qatındakı şəffaf məhlul tənzifdən süzülür.

MİLLİ MƏTBƏXİMİZ mürəbbələr ,



Related Listing

  • Şarlotka

    Şarlotka

    Lazım olan ərzaqlar:4 yumurta,1 stəkan şəkər tozu,1 stəkan un(mən kakao da əlavə etdim),1 ...

    7 ətraflı

  • brauni

    brauni

    Lazım olan ərzaqlar:200 qr tünd şokolad,170 qr kərə yağı,otaq temperaturunda 4 yumurta,300 ...

    7 ətraflı

  • Pendirli perajki

    Pendirli perajki

    Lazım olan ərzaqlar:3.5 stəkan un,qabartma tozu,1 çay qaşığı duz,1 yumurta ağı,1 stəkan ...

    7 ətraflı

7 Rəy

  1. Ayka-aba, 7 ils əvvəl

    internal_server_error <![CDATA[WordPress &rsaquo; Error]]> 500