brauni

  • Share
  • CevherShare
  • Share

Lazım olan ərzaqlar:200 qr tünd şokolad,170 qr kərə yağı,otaq temperaturunda 4 yumurta,300 qr şəkər tozu,2 desert qaşığı kakao,125-130 qr un,vanil,qabartma tozu

Hazırlanma qaydası:Kiçik bir qazanda su qaynadın,uzərinə bir başqa qab qoyub plitka şokoladı onun içində əridin.Üzərinə otaq temperaturunda yumuşalmış kərə yağını əlavə edin.Eyni kütlə əmələgələnə qədər qarışdırın.Sonra bu qarışımı ocağın üstündən götürüb üzərinə şəkər tozunu,vanili əlavə edib çalın.İlıq halda olan kütlənin üzərinə yumurtaları bir-bir əlavə edib çalmağa davam edin.Xəmir hamar və şəkər tam həll olana qədər çalın.Sonda un və qabartma tozunu əlavə edib qarışdırın.Bişirəcəyiniz qabın içinə perqament kağızı qoyub xəmiri tökün.Öncədən isidilmiş sobada 160 dərəcədə 20-30 dəqiqə bişirin.

 

NUŞ OLSUN !

MİLLİ MƏTBƏXİMİZ şirin xörəklər və şirniyyatlar un və yarmadan hazırlananlar , ,



Related Listing

1 Rəy

  1. Azade, 3 ils əvvəl

    internal_server_error <![CDATA[WordPress &rsaquo; Error]]> 500