Zoğallı düyü şorbası

  • Share
  • CevherShare
  • Share

Düyü-100 q, Ərinmiş yağ-80 q, baş soğan-80 q, axta zoğal-40 q (və ya alça qurusu), keşniş və şüyüd-60 q (və ya quru nanə-4 q), sümüklü mal əti-600 q (bundan bulyon hazırlanır), duz, istiot.

Zoğallı düyü şorbasını həm adi suda, həm də mal ətindən hazırlanmış bulyonda bişirmək olar.  Qaynanmış suya yaxud hazır bulyona düyü və axta zoğal (və ya quru zoğal) tökülüb bişirilir. Soğan ərinmiş yağda ayrıca qızardılır və şorbaya əlavə edilir.

Düyü şorbası küftəciklər və noxud əlavə etməklə də bişirilir. Bu halda 80 q noxud, 400 q ət götürülür. Süfrəyə verildikdə üstünə keşniş və şüyüd səpilir.

duru xörəklər MİLLİ MƏTBƏXİMİZ yarma və undan hazırlananlar ,



Related Listing

Öz Münasibətinizi Bildirin

Qiymətləndirərək öz münasibətinizi bildirin:

Sosial Qurman

Yemək zövqü olanların və yeməkdən həzz alanların bir araya gəldiyi platformdur.

Son Əlavələr

TEQLƏR