Xırt-xırtlı toyuq budları

  • Share
  • CevherShare
  • Share

4 nəfərlik (hər adama 2 tikə) olaraq Qurman.az reseptimizi veririk.
Qat-qat xəmir – 300 qr və ya hazır az bişmiş lavaş , toyuğun bud əti 8 ədəd, yumurta – 1 ədəd, duru yağ -2 xörək qaşığı, duz, istiot, sumaq

Əvvəlcə toyuğun budlarını suda qaynadaraq bişiririk. Sonra isə qat-qat hazırlanmış xəmiri, budların ət hissəsinin genişliyində və 15-20 sm. uzunluğunda nazik olaraq yayılır. Qat-qat xəmiri olmayanlar və ya hazırlama üsulunu bilməyənlər bunu hazır alınmış xəmirdən ya da az bişmiş nazik lavaşdan edə bilərlər.

Bu zaman yumurta 2 qaşıq duru yağ ilə qarışdırılaraq hazırlanır və  zövqə görə az miqdarda duz və istiot əlavə olunur. Daha sonra isə yenə zövqə görə budlara duz və istiot vurulub yayılmış xəmir ilə bükülür.  Bükülmüş budlara yağla qarışdırılmış yumurtanı kis vasitəsilə çəkirik.  Yalnız xəmirin bütün hissələrinin yağlı və yumurtalı məhlulla islanmış olmasına diqqət etməliyik.

Hazır olan qat-qat xəmirlə sarılmış budlar daha əvvəldən 160-170 dərəcəyə qədər isidilmiş sobaya yerləşdirilir və üstü qızaranadək (təqribən 10-20 dəqiqəyə qədər) bişirilir. Süfrəyə isə üstünə sumaq tökülərək verilir.

Xırt-xırtlı toyuq budlarınız hazırdır. Nuş olsun. 😉

MİLLİ MƏTBƏXİMİZ quru xörəklər quş ətindən və yumurtadan hazırlanan , , ,



Related Listing

  • Şarlotka

    Şarlotka

    Lazım olan ərzaqlar:4 yumurta,1 stəkan şəkər tozu,1 stəkan un(mən kakao da əlavə etdim),1 ...

    1 ətraflı

  • brauni

    brauni

    Lazım olan ərzaqlar:200 qr tünd şokolad,170 qr kərə yağı,otaq temperaturunda 4 yumurta,300 ...

    1 ətraflı

  • Pendirli perajki

    Pendirli perajki

    Lazım olan ərzaqlar:3.5 stəkan un,qabartma tozu,1 çay qaşığı duz,1 yumurta ağı,1 stəkan ...

    1 ətraflı

1 Rəy

  1. Rübabe, 3 ils əvvəl

    beh behh men bunan elemisdim evde beyenmisdiler amma yadimdan cixxmisdi yeniden hazirlamaq coxx sagolun))

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

       -   Reply

Öz Münasibətinizi Bildirin

Qiymətləndirərək öz münasibətinizi bildirin:

Sosial Qurman

Yemək zövqü olanların və yeməkdən həzz alanların bir araya gəldiyi platformdur.

Son Əlavələr

TEQLƏR