Xəmiraşı

  • Share
  • CevherShare
  • Share
Qoyun əti-600 q, əla növ buğda unu-1 st, yumurta-1 əd, ərinmiş yağ-2 x.q, ağ lobya-1 armudu st, orta irilikdə baş soğan-2 əd, sirkə-2 x.q, turş alça məti-1 x.q, sarımsaq-4-5 diş, keşniş vəya hər paya bir çimdik quru nanə, duz, istiot.
Xəmiraşı sümüklərdən bişirilmiş bulyonda hazırlanır. Qoyun əti qiyməsindən hər pay üçün 5-6 əd xırda küftəciklər hazırlanır. Ağ lobya ayrıca bişirilir. Una yumurta, duz, ərinmiş yağ və su qatılıb xəmir yoğrulur, 1 mm qalmlığmda yayılıb, üstünə un səpilir 5 sm enində kəsilmiş lentvari xəmirdən nazik əriştə doğranır. Bulyona əvvəlcə küftəciklər salınıb bişirilir sonra əriştə və bişmiş lobya qatılıb hazır vəziyyətə gətirilir. Süfrəyə verilərkən yanma sirkə və ya sarımsaqlı alça məti qoyulur.

duru xörəklər MİLLİ MƏTBƏXİMİZ yarma və undan hazırlananlar ,



Related Listing

Öz Münasibətinizi Bildirin

Qiymətləndirərək öz münasibətinizi bildirin:

Sosial Qurman

Yemək zövqü olanların və yeməkdən həzz alanların bir araya gəldiyi platformdur.

Son Əlavələr

TEQLƏR