Toyuq ləvəngi

  • Share
  • CevherShare
  • Share
Toyuq-l əd, qoz ləpəsi-150 q, baş soğan-5 əd orta irilikdə, axta zoğal-25 q və ya turş gavalı qurusu-40 q, kişmiş-50 q, alça turşusu-1 x.q, duz, istiot.
Baş soğan təmizlənib ətçəkən maşından və ya iridişli sürtgəcdən keçirilir, ikiqat tənzifdən sıxılıb suyu aynlır. Soğana ət maşınından keçirilmiş qoz ləpəsi, isladılıb xırda doğranmış zoğal axtası və ya gavalı qurusu (lavaşana da qatmaq olar) və kişmiş qatılaraq qiymə (ləvəngi) hazırlanır. Toyuğu təmizləyib yuduqdan sonra onu istiotlayır, duzlayır, alça turşusu ilə içəri və bayır tərəfıni turşulayıb içərisinə ləvəngi yığırlar. İçi doldurulmuş toyuğu qızdırıcı şkafda (duxovkada) hər iki üzü qızarana qədər bişirirlər. Süfrəyə verdikdə göyərti, xiyar və limon dilimləri ilə bəzəmək olar. Qaşqaldağı, qazı və ördəyi də bu üsulla bişirmək olar.

MİLLİ MƏTBƏXİMİZ quru xörəklər quş ətindən və yumurtadan hazırlanan , ,



Related Listing

  • Şarlotka

    Şarlotka

    Lazım olan ərzaqlar:4 yumurta,1 stəkan şəkər tozu,1 stəkan un(mən kakao da əlavə etdim),1 ...

    11 ətraflı

  • brauni

    brauni

    Lazım olan ərzaqlar:200 qr tünd şokolad,170 qr kərə yağı,otaq temperaturunda 4 yumurta,300 ...

    11 ətraflı

  • Pendirli perajki

    Pendirli perajki

    Lazım olan ərzaqlar:3.5 stəkan un,qabartma tozu,1 çay qaşığı duz,1 yumurta ağı,1 stəkan ...

    11 ətraflı

11 Rəy

  1. tamella, 7 ils əvvəl

    cox alicenab bir is gormusuz Allah sizden razi olsun.men ozum Lenkeranliyam. bu yemek de bildiyim qederile LENKERAN metbexine aiddir .bizde qayda beledi; Toyuq-l əd, qoz ləpəsi-150 q, qirmizi soğan-5 əd orta irilikdə,alca pavidlasi 1xorek qasiqi, duz, istiot.
    Baş soğan təmizlənib ətçəkən maşından və ya iridişli sürtgəcdən keçirilir, ikiqat tənzifdən sıxılıb suyu aynlır. Soğana ət maşınından keçirilmiş qoz ləpəsi qatılaraq qiymə (ləvəngi) hazırlanır. Toyuğu təmizləyib yuduqdan sonra onu istiotlayır, duzlayır, alça turşusu ilə içəri və bayır tərəfıni turşulayıb içərisinə ləvəngi yığırlar. İçi doldurulmuş toyuğu qızdırıcı şkafda (duxovkada) hər iki üzü qızarana qədər bişirirlər. Süfrəyə verdikdə göyərti, xiyar və limon dilimləri ilə bəzəmək olar. Qaşqaldağı, qazı və ördəyi də bu üsulla bişirmək olar.

    Çox bəyənilib, Münasibətiniz:: Thumb up 22 Thumb down 0

       -   Reply
  2. Gulya, 7 ils əvvəl

    Salam,çox xoşuma gəldi,bişirmək istəyirəm, amma Sankt-Peterburqda yaşayıram və burda alça,gavalı turşusu tapmaq çətindir, onu Narşərabla əvəz etmək olar?

    Çox bəyənilib, Münasibətiniz:: Thumb up 22 Thumb down 7

       -   Reply
  3. aysu, 5 ils əvvəl

    bizimde xosumuza geldi

    Çox bəyənilib, Münasibətiniz:: Thumb up 11 Thumb down 1

       -   Reply
  4. Leyla, 5 ils əvvəl

    mene bu resept cox lazim idi,teshekkurler))

    Çox bəyənilib, Münasibətiniz:: Thumb up 14 Thumb down 1

       -   Reply
  5. Togrul, 5 ils əvvəl

    salam mən Ukyanada yasayiram burda tez-tez hazirlayiram levengini.Tursunu ise Bakidan getirdiyim zogal tursusu ile evez edirem

    Çox bəyənilib, Münasibətiniz:: Thumb up 5 Thumb down 1

       -   Reply
  6. esmira, 4 ils əvvəl

    cox maraqlidi. cox sagolun melumatiniza gore.cox faydalandim.tesekkurler.

    Münasibətiniz: Thumb up 2 Thumb down 2

       -   Reply
  7. samir, 4 ils əvvəl

    anamin elli bes yasi var helede levengini sizden oyrenir

    Münasibətiniz: Thumb up 4 Thumb down 2

       -   Reply
    • Qurman, 4 ils əvvəl

      Allah ananıza uzun ömür və can sağlığı versin!

      Çox bəyənilib, Münasibətiniz:: Thumb up 7 Thumb down 1

         -   Reply
  8. Metanet, 4 ils əvvəl

    bisirdim aci oldu ici sogannan qozu qovurmaq lazimmis yazmamisiz!

    Münasibətiniz: Thumb up 2 Thumb down 3

       -   Reply
    • Qurman, 4 ils əvvəl

      Salam, təxmin edirik ki, Siz ya soğanın suyunu yaxşı sıxmamısınız ya da qozun özü acı olub. Resept tam doğrudur.

      Münasibətiniz: Thumb up 4 Thumb down 1

         -   Reply
  9. Rübabe, 3 ils əvvəl

    salam nece gundurki yoldasim tutudurbki levengi elee amma acigi hec hazirlamaisam 22 yasim var amma helede öyrenirem yemek pisirmekleri sirniyati amma hemise en cox levengi menim maragim olub hazirlamag qorxmusam bugun isdedim hairlayam edevalari tapmag asandir amma levenginin en esasi mence zogalla alcasi olurki mende onu tapa bilmirem Almanyada yasiram hansi maqazine diyirem basqa cur zogal alca verirler ona göre tereduddeyem bilmirem nece olar ellerinize salig cox lezetli görsenir esekurler calisacamki hazirlaym ))

    Münasibətiniz: Thumb up 2 Thumb down 1

       -   Reply

Öz Münasibətinizi Bildirin

Qiymətləndirərək öz münasibətinizi bildirin:

Sosial Qurman

Yemək zövqü olanların və yeməkdən həzz alanların bir araya gəldiyi platformdur.

Son Əlavələr

TEQLƏR