Sürfüllü

  • Share
  • CevherShare
  • Share
Sümüklü mal və ya qoyun əti-400-500 q, buğda unu-400 q, iri lobya-120 q, alça vəya zoğal məti-4 x.q, sarımsaq-4-5 diş, duz.

Mal və ya qoyun ətinin sümüklərindən 4 saatdan az olmayaraq qaynadılmaqla bulyon hazırlanır və süzülür. Lobya ayrıca bişirilir. Buğda unundan suya duz qatmaqla bərk xəmir yoğrulur. Xəmirə 20 dəq istirahət verdikdən sonra kündələnir və 8-10 mm, qalınlığında yayılıb çubuqcuqlar şəklində doğranır. Həmin çubuqcuqlardan fındıq boyda tikələr kəsilib, urvalanıb, barmaqla eşilir. Bu zaman xəmir tikələri içərisi boş, xırda boruvari forma kəsb edir. Ət bulyonuna əvvəlcə sürfüllü tökülüb bişirilir, sonra ona bişirilmiş lobya qatılıb hazır vəziyyətə gətirilir. Sürfüllünü bulyonu ilə birlikdə çörəksiz yeyirlər. Xörəyin yanında sarımsaq qatılmış alça məti (və ya zoğal məti) ayrıca verilir. Sürfüllüyə turşu əvəzinə pomidor məti və ya təzə pomidor da tökmək olar. Bundan başqa, ətsiz sürfüllü də bişirilir. Bu zaman hər paya 20 q. ərinmiş  yağ götürülür, baş soğan yağda qızardılır və bişmənin sonunda əlavə edilir.

duru xörəklər MİLLİ MƏTBƏXİMİZ yarma və undan hazırlananlar , ,



Related Listing

16 Rəy

  1. Arzu, 7 ils əvvəl

    kim deyirseki surfulluye lobya tokulur bashini dasha doyur.gelin size bir surfullu bishirilsin gorun surfullu nece olur.

    Möhtəşəm. Siz nə düşünürsünüz? Thumb up 10 Thumb down 9

       -   Reply
    • SuN, 1 il əvvəl

      Resept üçün çox sağ olun!

      Bu Şəki sürfüllüsüdür və mən bunun bişirilmək qaydasını görüb sevindim. Mən bu sürfüllünü çox sevirəm, çox dadlıdır – ətsiz sürfüllünü çox sevirəm. Şəki sürfüllüsünün içərisində mütləq böyük lobya olmalıdır. Bəzi vətəndaşların yazdığı Qax bölgəsinin sürhüllüsünü isə 2 il əvvəl İlisu kəndində qaldığımız evin xanımı bişirmişdi – heç xoşuma gəlmədi- dadsız ət-vermişel şorbasının dadını verirdi. Bəlkə də xanım dadlı bişirməmişdi…
      Resept üçün təşəkkürlər.

      Münasibətiniz: Thumb up 1 Thumb down 1

         -   Reply
  2. Qurman.Az, 7 ils əvvəl

    Hər bir yeməyin özünə məxsus fiziki və kimyəvi ingridentlərdən ibarət tərifi var. Ancaq bu qayda demək deyil. Nənələrdən nəvələrə keçən adətlər boyunca yemək tərifləri hətta ailələrə görə də dəyişə bilər. Bəli mən özüm də lobyasız sürfüllü yemişəm.

    Ancaq bu yeməyin xüsusiyyətində lobya ilə olduğunu qida professorları yazıblar. Belə nəlayiq sözlər ifadə etməyə nə sizin kimi bir xanıma nə də başqasına yaraşmazdı! Sizin şərhinizi təsdiqlədik ki, hər növ fikirə qarşı açıq olduğumuzu biləsiniz.

    Əlavə olaraq Sizin də bişirdiyiniz sürfüllü tərifinizi burda bölüşməyiniz bizim və digər sayt pərəstişkarları üçün maraqlı olardı! Uğurlar!

    Çox bəyənilib, Münasibətiniz:: Thumb up 8 Thumb down 0

       -   Reply
    • Zakir, 5 ils əvvəl

      50 yasina gelmisem ozum de qaxliyam hele men surfulluye lobya qatan qaxli gormemsem. lobya qatanda basqa yemek olur. onun da adi xingilli olur.

      Çox bəyənilib, Münasibətiniz:: Thumb up 7 Thumb down 2

         -   Reply
      • Abiddin Hashimov, 3 ils əvvəl

        Təmamilə doğru dediniz. Bu resept xingillinin reseptidir.

        Münasibətiniz: Thumb up 0 Thumb down 1

           -   Reply
  3. Gunel, 7 ils əvvəl

    Çox ağır yeməkdi…

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

       -   Reply
  4. seva, 7 ils əvvəl

    Mən özün Qaxdanam,sürfüllü çox yemişəm….o əsasən quru ətdən olur və heç də lobya tökülmür………bilmədiyinizi yazmasanız yaxşı olar….

    Çox bəyənilib, Münasibətiniz:: Thumb up 9 Thumb down 0

       -   Reply
  5. seva, 7 ils əvvəl

    siz ola bilsin ki xingili ile sehv salmisiniz…..zovqe uygun olaraq bezen xingiliye lobya elave olunur….
    xingili surhunun nisbeten kichik formasidir ,bir az ferqlenir….

    Münasibətiniz: Thumb up 2 Thumb down 0

       -   Reply
  6. nevidimka, 7 ils əvvəl

    hm bizim millete baxe . kimse neylese razilashmirsa bunu sakitce yazmaq olar,nece intellektual diger olkelerin sakinleri kimi , yoxsa tipa kimse lobyasiz nese yeyib.ay bele deil ele deyil… insanlarin emeyine qiymet vermekdense , ancaq yeke yeke danishmaq vare . Neyse sehvsiz insan olmur ,ve kiminse eziyyetini qiymetlendirmek lazimdi . cox heyfki bizim milletde bezileri Etika anlayishindan cooox uzaqdi.

    p.s.Ne admini taniyiram,ne de oz saytim deil 🙂 sadece bir saytin programinin yazilmasi , dizayn ,ichine melumat ve s… bunlarin ne iw oldugunu bilsez , bir lobyanin sohbeti getmezdi . Kritika yaxshi sheydi amma Seviyye qorunmalidir.Ugurlar herkese

    Çox bəyənilib, Münasibətiniz:: Thumb up 4 Thumb down 0

       -   Reply
  7. PƏRVANƏ, 7 ils əvvəl

    ƏSLİNDƏ SURFULLU QAXACLA BİSİRİLİR.QAXAC NƏDİR?QOYUNUN QABİRGA HİSSƏSİNİ DUZLAYİB ASİRLAR O QURUYUR VƏ OLUR QAXAC.QAXACLA SURFULLU COX DADLİ OLUR.

    Münasibətiniz: Thumb up 1 Thumb down 0

       -   Reply
  8. sabina, 6 ils əvvəl

    Canim, bilirsen surhullunu lobya ile bishirmirler. O xingili-dir. Hem de xemiri xirda cekilir. Onu butun rayonlarda bishirmirler. Mutleq quru etle olur. Quru et olmayanda veziyyetden cixish kimi teze etle bisiribler. O da dadli olub. Sag olsun dushuneni.

    Münasibətiniz: Thumb up 3 Thumb down 0

       -   Reply
  9. Kamil, 6 ils əvvəl

    Men ozum Qaxdan deyilem. Amma o gun bir surfullu veren restoranda ondan yedimş cox dadli idiş bishirenin ellerine saliq. Amma mende sorushdum bunu nece edirler dediler ki, xemir, mal eti ve onun blyonu. daha bilmirem icine bashqa ne atirlar. amma deqiq deyim lobya yox idi.

    Münasibətiniz: Thumb up 2 Thumb down 0

       -   Reply
    • Tural, 5 ils əvvəl

      Kamil ,xahiw edirem o Surfullu yediyn restoraninin deqiq adresini yazda

      Münasibətiniz: Thumb up 0 Thumb down 0

         -   Reply
  10. Jale, 4 ils əvvəl

    Yox ha bir lobya. Ay millet o lobya tokulen ve xirda xemirden cekilen yemeyin adi xinqilidir.

    Münasibətiniz: Thumb up 2 Thumb down 0

       -   Reply
  11. aynur, 3 ils əvvəl

    ela yemekdi:) qiwda en yemeli yemekdir. qaxin mehwur yemeyi. bezi rayonlarda bilmirler bele surhullunu) mende dadmalisiz) bir qaxli olaraq bunu deyirem size))

    Münasibətiniz: Thumb up 1 Thumb down 0

       -   Reply
  12. aynur, 3 ils əvvəl

    millet, resepti oxumamuwam) lobya tokulmur. o xingillidi, surhunun balaca formasi deyek. surhullunun xemiri daha iri olur.qariwdirmiyin)

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

       -   Reply

Öz Münasibətinizi Bildirin

Qiymətləndirərək öz münasibətinizi bildirin:

Sosial Qurman

Yemək zövqü olanların və yeməkdən həzz alanların bir araya gəldiyi platformdur.

Son Əlavələr

TEQLƏR