Sulu Küftə

  • Share
  • CevherShare
  • Share
Qoyun əti-600 q, kartof-400 q, kərə yağı-40 q, düyü-60 q, alça qurusu-40 q, baş soğan-80 q, keşniş və şüyüd-40-60 q, duz, istiot.

Qoyun əti sümüyündən bulyon bişirilib, süzülür. Ətin yumşaq hissəsindən duz və istiot vurmaqla qiymə hazırlanır. Qiyməyə düyü qatılaraq hər pay üçün 6-8 əd küftəcik hazırlanır. Həmin küftələr bulyonda bişirilir, kub şəklində doğranmış kartof, alça qurusu və ya təzə alça, kərə yağında qızardılmış soğan əlavə edilir hazır olana qədər bişirilir.

Süfrəyə verdikdə üstünə narın doğranmış göyərti səpilir.

duru xörəklər mal və qoyun ətindən hazırlananlar MİLLİ MƏTBƏXİMİZ ,



Related Listing

Öz Münasibətinizi Bildirin

Qiymətləndirərək öz münasibətinizi bildirin:

Sosial Qurman

Yemək zövqü olanların və yeməkdən həzz alanların bir araya gəldiyi platformdur.

Son Əlavələr

TEQLƏR