Safye Catering

  • Share
  • CevherShare
  • Share

“Safye Food and Caterinq” Bakı şəhərində və ətraf qəsəbələrdə yerləşən idarə, müəssisə və təşkilatların işçi heyəti üçün kompleks yeməklərin hazırlanması, çatdırılması, yerində istehsalı və xidmətinin təşkili, işgüzar nahar fasilələrinin, furşet və s. korporativ və fərdi tədbirlərdə öz professional xidmətlərini təklif edən keyterinq şirkətidir. 

 


Biz, 2006-cı ildən Bakı şəhərində yerləşən müxtəlif şirkət və müəssisələr üçün yemək və qida məhsullarının təchizatı (catering), yerində istehsal və xidmətin təşkili, furşet,banket, iş toplantıları və s. korporativ və fərdi tədbirlərdə  nahar fasiləsi, şam yeməkləri və bufet (çay-kofe fasiləsi) xidmətləri göstərməkdəyik.


Sonradan xidmətlərimizi daha professional səviyyədə təşkil etmək və xidmət səviyyəmizi artırmaq məqsədi ilə “Safye Food and Caterinq” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis etdik.  


Müştəri məmnuniyyəti fəaliyyətimizin əsas meyarı olduğundan bir çox şirkətlər və bəzi dövlət müəssisələri üçün yüksək səviyyəli catering xidmətləri göstərməyimizdən,  bunun qarşılığı olaraq müştərilərimizin və  xidmət çeşidlərimizin artmasından böyük qürur hissi keçiririk. 


Hazırlanma prosesində istifadə etdiyimiz xammal bütünlüklə yerli istehsaldan ibarət olub və təchizaçılardan gündəlik sifarişlə əldə olunur.


Şirkət-müştərilərə yüksək keyfiyyətli ərzaqdan istifadə edərək milli və seçilmiş dünya mətbəxindən geniş çeşidli kompleks nahar menyusu, banket və müxtəlif ziyafət menyuları təqdim edir.


Keyfiyyəti daima artırmaq üçün müştərilərimizdən gələn təklifləri diqqətlə dəyərləndirir və istehsalımıza bu şəkildə yön veririk


Bildirmək istəyirik ki, şirkət yüksək səviyyədə və münasib  qiymətlərlə istənilən sayda personala xidmət göstərməsi üçün bütün imkanlara malikdir.


 

KATERİNQ RESTORAN-KAFE ,



Related Listing

  • lunchef

    lunchef

    Lunchef Bakida yeni fealiyyet gosteren ketrinq xidmetidir, Is yerlerine ve sirketere nahar ...

    0 ətraflı

  • Albuxara

    Albuxara

    Bura"Albuxara" professional iaşə xidmətləri göstərir. Bundan əlavə biz korporativ ...

    0 ətraflı

  • Food&Mood MMC

    Food&Mood MMC

    Yerli və italyan sahibkarlar tərəfindən qurulmuş şirkət müəyyən standartlar ...

    0 ətraflı

Öz Münasibətinizi Bildirin

Qiymətləndirərək öz münasibətinizi bildirin:

Sosial Qurman

Yemək zövqü olanların və yeməkdən həzz alanların bir araya gəldiyi platformdur.

Son Əlavələr

TEQLƏR