Qurban Bayramınız Mübarək!

  • Share
  • CevherShare
  • Share

Qurman.az bütün dünya müsəlmanlarını müqəddəs Qurban bayramı münasibəti ilə təbrik edirik!

Mərdlik, möhkəmlik, cəsurluq,  dönməzlik, insanpərvərlik, mərhəmətlik prinsiplərini aşılayan İslam dini öz füsünkar ibadəti ilə bu yola pənah gətirən insanlara Allah sevgisini daima qəlbələrində hiss etmələrini bəyan eyləmişdir. Dövrün bütün çətinliklərinə, əzablarına, zamanın çətin sınaqlarına sinə gələn Azərbaycan xalqı isə öz ibadətini, dinə münasibətini dəyişməmiş və bu günə qədər buna sadiq qalaraq onu kütləvi şəkildə həyata keçirmişdir.

Arzu edirik ki, bu bayram bizləri həmişə birgə əl-ələ verərək irəliyə dogru getməyimizdə çağırış olsun, evinizin qapıları daima açıq, qəlbiniz kin-küdrətdən uzaq olsun.

Arzu edirik ki, itirilən torpaqlar geri qaytarılaraq, yad əllərdən alınsın, qurbanlarımız o yuvalarımızda kəsilsin.

Qurban bayramınız mübarək!

BLOQ

Şərhiniz

Sosial Qurman

Yemək zövqü olanların və yeməkdən həzz alanların bir araya gəldiyi platformdur.

Son Əlavələr

TEQLƏR