Qoz mürəbbəsi

  • Share
  • CevherShare
  • Share

Emal edilmiş qoz – 1kq,  şəkər – 1,5kq, limon turşusu – 3q, mixək – 3q və ya hil – 3q  (qeyd: 50 ədəd qoza 1 kq şəkər)

Mürəbbə bişirmək üçün diametri 24 mm-dən az olmayan qabığı odunlaşmamış sütül qoz götürülür. Qozun qabığı nazik soyulur, gündə 2-3 dəfə suyunu dəyişmək şərtilə 3 gün suda saxlanılır. Sonra qoz əhəng suyuna qoyulur. Gündə 4-5 dəfə qarışdırılmaq şərtilə 2-3 gün əhəng suyunda saxlanılır. Əhəng suyundan çıxarlımış qozları bir neçə yerindən deşərək yenidən gündə 2-3 dəfə suyunu dəyişmək şərtilə 3 gün suda saxlayırlar. Beləliklə, emal edilmiş qozlar qaynar suda 20-25 dəq. pörtülür. Üzərinə şərbət əlavə edib arada 4-5 saat saxlamaq şərtilə 2-3 dəfəyə bişirilir. Axırda limon turşusu, mixək və ya hil əlavə edilir və ümumilikdə qoz mürəbbəsi 10 gündən az olmayaraq hazırlanır.

Əhəng suyunu hazırlamaq üçün 500q təmiz əhəng 3 litr suda həll edilib, 3-4 saat saxlanılır və çökmüş əhəngin üst qatındakı şəffaf məhlul tənzifdən süzülür.

MİLLİ MƏTBƏXİMİZ mürəbbələr ,



Related Listing

  • Şarlotka

    Şarlotka

    Lazım olan ərzaqlar:4 yumurta,1 stəkan şəkər tozu,1 stəkan un(mən kakao da əlavə etdim),1 ...

    7 ətraflı

  • brauni

    brauni

    Lazım olan ərzaqlar:200 qr tünd şokolad,170 qr kərə yağı,otaq temperaturunda 4 yumurta,300 ...

    7 ətraflı

  • Pendirli perajki

    Pendirli perajki

    Lazım olan ərzaqlar:3.5 stəkan un,qabartma tozu,1 çay qaşığı duz,1 yumurta ağı,1 stəkan ...

    7 ətraflı

7 Rəy

  1. Ayka-aba, 5 ils əvvəl

    Qoz murebbesi dadlidi xoshum gelir amma hec bishirmemishem–nece bishirmek yazilib bishire bilerem amma bir sheyi bilmek isteyirem -50 eded qoza 1 kq sheker tozu ve yazilmayib shire duzeltmek ucun 1 kq shekere ne qeder su tokmek lazimdi xahish edirem mene deyesiz suyun qederini

    Çox bəyənilib, Münasibətiniz:: Thumb up 17 Thumb down 8

       -   Reply
    • Qurman, 5 ils əvvəl

      Salam,

      Burada 1kq qoz yazılıb. Bu da qozların ölçüsünə görə dəyişə bilər. Siz əsasən nisbətə fikir verin. Şərbət düzəldmək üçün isə bildirmək istəyirəm ki, qoz mürəbbəsinin şərbəti qatıl olmamalıdır. Buna görə Siz göz tənzimləmənizə görə və təxminən bişirmə qabınıza görə (su qaynadıqda heç olmasa 200-300ml qədər buxarlanacaq) duru bir şərbət hazırlayın.

      Çox bəyənilib, Münasibətiniz:: Thumb up 7 Thumb down 2

         -   Reply
  2. kama, 4 ils əvvəl

    halaldi Allah sizden razi olsun ne yazshi ki Azerbaycan metbextini yashadirsiz internet vasitesiile mehshur filmde deyildii kimi “sukani bele saxla “

    Münasibətiniz: Thumb up 2 Thumb down 4

       -   Reply
  3. zemfira, 4 ils əvvəl

    sorusursuzki su ne qeder tokum men ozum bisirenem 1 kq qoza 2 stekan su tokulur

    Çox bəyənilib, Münasibətiniz:: Thumb up 6 Thumb down 0

       -   Reply
    • Ayka, 1 il əvvəl

      Sizden bir çey soruşmaq olar?

      Münasibətiniz: Thumb up 0 Thumb down 0

         -   Reply
      • Qurman, 1 il əvvəl

        Buyurun

        Münasibətiniz: Thumb up 0 Thumb down 0

           -   Reply
  4. hanım, 1 il əvvəl

    Bişirdim.Nəyə görə qoz acı dadır?

    Münasibətiniz: Thumb up 1 Thumb down 0

       -   Reply

Öz Münasibətinizi Bildirin

Qiymətləndirərək öz münasibətinizi bildirin:

Sosial Qurman

Yemək zövqü olanların və yeməkdən həzz alanların bir araya gəldiyi platformdur.

Son Əlavələr

TEQLƏR