Qovurmabozbaş

  • Share
  • CevherShare
  • Share
Qoyun əti-600 q, Kərə yağı-60 q, baş soğan-300 q, kartof-400 q, şabalıd-200 q, təzə alça-80 q və ya quru alça-40 q, keşniş-40 q, zəfəran-0,4 q, duz, istiot.

Qoyun əti 30-35 q-lıq tikələrə doğranır, duz, istiot və baş soğan əlavə edilib kərə yağında qızardılır, bulyon əlavə edilib bişirilir. Hazır olana 30 dəq qalmış kartof, təmizlənmiş şabalıd, alça qatılıb hazır oluncayadək bişirilir.

Süfrəyə verildikdə zəfəran şirəsi və göyərti əlavə edilir. Yay vaxtı zəfəran və alça əvəzinə 50 q pomidor götürülür və ət qovrulduqda ona qatılır.

duru xörəklər mal və qoyun ətindən hazırlananlar MİLLİ MƏTBƏXİMİZ ,



Related Listing

Öz Münasibətinizi Bildirin

Qiymətləndirərək öz münasibətinizi bildirin:

Sosial Qurman

Yemək zövqü olanların və yeməkdən həzz alanların bir araya gəldiyi platformdur.

Son Əlavələr

TEQLƏR