«PAYTAXT» salatı

  • Share
  • CevherShare
  • Share
Kartof-6 əd, yerkökü-2 əd, yumurta-6 əd, duzlu xiyar-5 əd, mal əti-400 q (əzələ hissəsi vəyaxud bir toyuğun döş və bud əti), göy noxud-1 banka, şüyüd-100 q, göy soğan-200 q, cəfəri-100 q, mayonez-2 banka (vəya xama-3 banka), Duru bitki yağı 2 x.q., duz, istiot.

Kartof, yerkökü, mal əti və yumurta ayrılıqda bişirilir. Kartof və yerkökünün qabığı təmizlənir. Yumurta soyulub ağı və sarısı kəsilib ayrılır. Kartof, yerkökü, mal əti və yumurtanın ağı xırda-xırda doğranır, yumurtanın sarısı isə iki əl arasında ovulur. Duzlu xiyar xırda-xırda doğranıb süzgəcə yığılır ki, duzlu suyu çıxsın. Əks halda salat su salar. Cəfəri, şüyüd və göy soğan xırda doğranır, göy noxudun da suyu süzülür və bütün ərzaq birlikdə qarışdırılır, zövqə görə duz və istiot vurulur. Mayonez və ya xamaya duru bitki yağı əlavə edilir, qarışdırılır və salatı süfrəyə verən zaman ona qatılıb qarışdırılır. Salat qabına təpəcik şəklində yığılmış salatın üstünə bir qaşıq xama yaxud mayonez tökülüb bir az yumurta sarısı ovuntusu səpilir.

Salatı, fiqurlu kəsilmiş turp və bişmiş yerkökü ilə də bəzəmək olar.

MİLLİ MƏTBƏXİMİZ salat və qəlyanaltılar salatlar və vineqredlər



Related Listing

  • Şarlotka

    Şarlotka

    Lazım olan ərzaqlar:4 yumurta,1 stəkan şəkər tozu,1 stəkan un(mən kakao da əlavə etdim),1 ...

    3 ətraflı

  • brauni

    brauni

    Lazım olan ərzaqlar:200 qr tünd şokolad,170 qr kərə yağı,otaq temperaturunda 4 yumurta,300 ...

    3 ətraflı

  • Pendirli perajki

    Pendirli perajki

    Lazım olan ərzaqlar:3.5 stəkan un,qabartma tozu,1 çay qaşığı duz,1 yumurta ağı,1 stəkan ...

    3 ətraflı

3 Rəy

  1. Afaq, 3 ils əvvəl

    Super salatdir

    Münasibətiniz: Thumb up 2 Thumb down 2

       -   Reply
  2. Naile, 3 ils əvvəl

    cox sagolun.

    Münasibətiniz: Thumb up 1 Thumb down 3

       -   Reply
  3. Anare, 3 ils əvvəl

    Superdi twk

    Münasibətiniz: Thumb up 1 Thumb down 3

       -   Reply

Öz Münasibətinizi Bildirin

Qiymətləndirərək öz münasibətinizi bildirin:

Sosial Qurman

Yemək zövqü olanların və yeməkdən həzz alanların bir araya gəldiyi platformdur.

Son Əlavələr