Naxçıvansayağı Arzuman Küftəsi

  • Share
  • CevherShare
  • Share
Qiymə üçün: mal əti və ya qoyunun bud əti (yumşaq tikələr)-2,5 kq, baş soğan-1,0 kq, sarıkök, darçın, duz, istiot. 1 əd toyuğu qiymələmək üçün 5 dənə sərçə. İri yumurta-5 əd, şabalıd-100 q, turşgavalı-50 q, soğan-1 baş, kişmiş-50 q, kərə yağı-30 q, zəfəran, duz, istiot.

Toyuq təmizlənir, yuyulur və yarım hazır olana kimi suda bişirilir. Sərçələri kəsib təmizlədikdən sonra, yuyub toyuq bişirilən bulyonda yarım hazır olana kimi bişirirlər. Soğanı yağda qızardır, ona təmizlənib xırda-xırda doğranmış şabalıd və gavalı qurusu, kişmiş qatılıb qarışdırılır və bişirilmiş sərçələr qiymələnir, yəni qarın boşluğu doldurulur. Yumurtaları təmiz yuyub, dəsmalla qurulayır və bir başından qabığını kiçik dairəvi ölçüdə qoparıb ağını və sarısını çıxarırlar. Sonra qiymələnmiş sərçələr yumurtanın içərisinə ehmalca yerləşdirilir və sındırılmış yumurtanın qabığı ilə örtülür. Bundan sonra içərisində qiymələnmiş sərçə olan yumurtalar yarım bişirilmiş toyuğun içərisinə yerləşdirilir.

Əgər sərçələrin qiymələnməsində artıq iç qalarsa onu da toyuğun qarın boşluğuna qoymaq olar. Ət qiyməsinin hazırlanması, toyuğun küftənin içinə yerləşdirilməsi, girdə formaya salınması, bişirilməsi və süfrəyə verilməsi klassik arzuman küftəsində olduğu kimidir.

duru xörəklər mal və qoyun ətindən hazırlananlar MİLLİ MƏTBƏXİMİZ ,



Related Listing

1 Rəy

  1. FM, 6 ils əvvəl

    Na qeddar yemakdi :)))

    Münasibətiniz: Thumb up 1 Thumb down 1

       -   Reply

Öz Münasibətinizi Bildirin

Qiymətləndirərək öz münasibətinizi bildirin:

Sosial Qurman

Yemək zövqü olanların və yeməkdən həzz alanların bir araya gəldiyi platformdur.

Son Əlavələr

TEQLƏR