Narlı Bulyon

  • Share
  • CevherShare
  • Share

Qoyun və ya mal ətinin sümüyü – 500 q, baş soğan – 40 q, yerkökü – 40 q, cəfəri kökü – 20 q, keşniş və ya şüyüd – 20 q,  nar şirəsi 30-75 q, zəfəran 0,4 q,  duz.

Sümüklər yuyulur və xırda doğranır. Qazana yığılıb su ilə qarışdırılır. Kəfi və üzərindəki yağı arabir yığılır və coşqun qaynamağa yol verilmir. Bulyon 5 saat bişirilir. Hazır olmağa 1-1,5 saat qalmış soğan, yerkökü, cəfəri kökü və duz qatılır. Hazır olduqdan sonra süzülüb, zəfəran şirəsi vurulur. Bulyonu ətdən də hazırlayırlar.

Süfrəyə verildikdə hər payın üzərinə 30-75 q nar şirəsi tökülür.

duru xörəklər MİLLİ MƏTBƏXİMİZ ,



Related Listing

Öz Münasibətinizi Bildirin

Qiymətləndirərək öz münasibətinizi bildirin:

Sosial Qurman

Yemək zövqü olanların və yeməkdən həzz alanların bir araya gəldiyi platformdur.

Son Əlavələr

TEQLƏR