Müasir Arzuman Küftəsi

  • Share
  • CevherShare
  • Share
Qoyun əti-1 kq, baş soğan-300 q, yumurta-4 əd, keşniş-100 q, sarıkök, sumağ, duz, istiot.

Qoyun ətinin bud hissəsindən baş soğanla qiymə hazırlanır, duz, istiot və sarıkök vurulur, 20-30 dəq soyudulur. Qiymədən iri küftələr hazırlanır. Hər küftənin içərisinə bərk bişirilib qabığı soyulmuş 1 əd yumurta qoyulur və yumrulanır.

Küftələr ət bulyonunda zəif alov üzərində bişirilir. Süfrəyə verdikdə üstünə göyərti səpilir, yanına ayrıca sumaq qoyulur.

duru xörəklər mal və qoyun ətindən hazırlananlar MİLLİ MƏTBƏXİMİZ ,



Related Listing

Öz Münasibətinizi Bildirin

Qiymətləndirərək öz münasibətinizi bildirin:

Sosial Qurman

Yemək zövqü olanların və yeməkdən həzz alanların bir araya gəldiyi platformdur.

Son Əlavələr

TEQLƏR