Lüləkabab

  • Share
  • CevherShare
  • Share

Qoyun əti-1300 q, quyruq-80 q, baş soğan-80 q, göy soğan-150 q, cəfəri və reyhan-60 q, buğda unu-180 q, sumağ-12 q, duz, istiot.

Lüləkabab hazırlamaq üçün qoyun ətinin yumşaq hissəsi soğanla birlikdə ətçəkən maşından keçirilir, istiot və duz vurulub yaxşı qarışdırılır və soyumaq üçün 20 dəq soyuducuda saxlanır. Qiymə bir qədər enli şişlərdə yastı formaya salınır və manqalda bişirilir. Lüləkabab süfrəyə verildikdə bəzən yuxanın içinə qoyulur. Yuxa bişirmək qaydası əvvəldə verilib. Lüləkababın yanına halqavari doğranmış baş soğan, sumağ yaxud şişdə bişirilmiş pomidor verilir. Lüləkababı mal əti ilə hazırladıqda 1 kq yumşaq mal ətinə 250 q qoyun quyruğu qatılmalıdır. Başqa xammallar eyni miqdarda qalır.

kabablar MİLLİ MƏTBƏXİMİZ quru xörəklər ,



Related Listing

2 Rəy

  1. Dila, 5 ils əvvəl

    Hec sevmirem

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

       -   Reply

Öz Münasibətinizi Bildirin

Qiymətləndirərək öz münasibətinizi bildirin:

Sosial Qurman

Yemək zövqü olanların və yeməkdən həzz alanların bir araya gəldiyi platformdur.

Son Əlavələr

TEQLƏR