Lobyalı əriştə

  • Share
  • CevherShare
  • Share

Qoyun əti-500q, buğda unu-240 q, lobya-120 q, yumurta-1 əd, quru nanə-12 q, baş soğan-100 q, sirkə-60 q, duz, istiot.

Qoyun əti sümüklərindən bulyon bişirilir və süzülür. Ətin yumşaq hissəsi baş soğanla ət maşınının xırda gözündən keçirilir. Ət qiyməsinə duz, istiot vurulub, yaxşı qarışdırılır. Ondan xırda küftəciklər hazırlanır. Axşamdan isladılmış xırda bostan lobyası ayrıca bişirilib, əlavə edilir. Küftəciklər salınıb qaynadılır. Sonra bərk xəmirdən yayılmış yuxadan xırda əriştələr kəsilib, küftəciklər üzərinə əlavə edilib bişirilir. Süfrəyə verilərkən xörəyin üstünə quru nanə səpilir və ayrıca qabda sirkə qoyulur.

duru xörəklər MİLLİ MƏTBƏXİMİZ yarma və undan hazırlananlar ,



Related Listing

Öz Münasibətinizi Bildirin

Qiymətləndirərək öz münasibətinizi bildirin:

Sosial Qurman

Yemək zövqü olanların və yeməkdən həzz alanların bir araya gəldiyi platformdur.

Son Əlavələr

TEQLƏR