Küftəbozbaş

  • Share
  • CevherShare
  • Share

Qoyun əti-600 q,  yağ —60 q, düyü-60 q, təzə alça-120 q, və ya quru alça-40 q, noxud-100 q, kartof-600 q, baş soğan-80 q, zəfəran və ya sarıkök-0,4 q, quru nanə-0,4 q, duz, istiot.

Küftəbozbaş üçün sümüklərdən bulyon bişirilir. Qoyun ətinin yumşaq hissəsi baş soğanla birlikdə ətçəkən maşından keçirilir. Qiyməyə düyü, istiot, duz qatılıb yaxşı qarışdırılır. Hər küftənin içərisinə 2-3 ədəd yuyulmuş quru alça qoyulur. Noxud bulyonda bişdikdən sonra küftələr, həmçinin kartof və yağda qızardılmış soğan bulyona əlavə edilib bişirilir. Xörəyin hazır olmasına 10-15 dəqiqə qalmış ona duz, istiot və zəfəran vurulub hazır vəziyyətə çatdırılır. Süfrəyə veriləndə üzərinə keşniş yaxud quru nanə səpilir və ya yanında qoyulur. Hər paya iki ədəd küftə verilir. Bəzen küftəbozbaşa tikə ət sa­lınır. Bu zaman hər payda bir ədəd küftə, bir tikə ət verilir.

duru xörəklər isti-isti mal və qoyun ətindən hazırlananlar MİLLİ MƏTBƏXİMİZ ,



Related Listing

Öz Münasibətinizi Bildirin

Qiymətləndirərək öz münasibətinizi bildirin:

Sosial Qurman

Yemək zövqü olanların və yeməkdən həzz alanların bir araya gəldiyi platformdur.

Son Əlavələr

TEQLƏR