Kök ilə bəzədilmiş qatqatlı salat

  • Share
  • CevherShare
  • Share

Lazım olan ərzaqlar: 2-3 ədəd kartof, 2 ədəd iri kök, toyuğun döş əti, 2-3 ədəd yumurta, 4 ədəd orta ölçüdə duzlu xiyar, 100 qr. konservləşdirilmiş qarğıdaklı, 100 qr. Holland pendiri, mayonez, duz, istiot.

Ərzaqların ehtiyac olanlarını yuyub təmizlədikdən sonra kartof, kök, yumurta və toyuğun döş ətini qaynadırıq. Salatı hazırlayacağınız qaba əvvəlcə kartofu sürtkəcdən keçirib, az miqdarda duz və istiot əlavə edib üstünə mayonez çəkirik. Sonra toyuğun döş ətini, holland pendirini, kökü, yumurtanı və qarğıdalını eyni şəkildə edirik. Bu sıralamanı Siz öz zövqünüzə görə də edə bilərsiniz.

Ən son üstünü mayonez ilə əhatə edirik və qaynadılmış kökü incə dilimlərə ayıraraq şəkildə gördüyünüz kimi bəzəyirik.

Nuş olsun.

MİLLİ MƏTBƏXİMİZ tərəvəz və göyərtidən hazırlananlar , , ,



Related Listing

  • Şarlotka

    Şarlotka

    Lazım olan ərzaqlar:4 yumurta,1 stəkan şəkər tozu,1 stəkan un(mən kakao da əlavə etdim),1 ...

    0 ətraflı

  • brauni

    brauni

    Lazım olan ərzaqlar:200 qr tünd şokolad,170 qr kərə yağı,otaq temperaturunda 4 yumurta,300 ...

    0 ətraflı

  • Pendirli perajki

    Pendirli perajki

    Lazım olan ərzaqlar:3.5 stəkan un,qabartma tozu,1 çay qaşığı duz,1 yumurta ağı,1 stəkan ...

    0 ətraflı

Öz Münasibətinizi Bildirin

Qiymətləndirərək öz münasibətinizi bildirin:

Sosial Qurman

Yemək zövqü olanların və yeməkdən həzz alanların bir araya gəldiyi platformdur.

Son Əlavələr

TEQLƏR