Klassik Arzuman küftəsi

  • Share
  • CevherShare
  • Share
Qiymə üçün:  mal əti və ya qoyunun bud əti (yumşaq tikələr) – 2,5 kq, baş soğan-1,0 kq, sarıkök, darçın, duz, istiot. Orta irilikdə bir toyuğu qiymələmək üçün şabalıd-300 q, turş gavalı qurusu vəya albuxara-100 q, zəfəran, duz, istiot.
Toyuq təmizlənir, yuyulur və qaynayan suda yarımhazır olana kimi bişirilir. Şabalıdın qıraqları çərtilib kəsilir, suda pörtülür və təmizlənir, turş gavalı soyuq suda isladılır. Hazırlanmış şabalıd və gavalı üstü zəfəranlanmış toyuğun içərisinə dolduru-lur. Ət baş soğanla ətçəkən maşından keçirilir, duz, istiot, sarıkök, azacıq darçın vurulub yaxşı qarışdırılır. Əti daş üstündə və ya kötükdə döydükdə xörək daha dadlı olur. Yaz-yay mövsümündə qiyməyə göyərti vurmaq olar. Qış mövsümündə təzə göyərti olmadıqda qurudulmuş nanə və keşniş ovulub qiyməyə qatılır. Hazır qiymə təmiz yuyulmuş və qaynarlanmış tənzifin içərisinə 1,5-2 sm qalınlığında yayılır, qiymənin ortasına hazırlanmış toyuq qoyulur və tənzifin ucları bir yerdə düyünlənib, qiymə toyuğun hər yerini örtmək şərtilə ona girdə forma verilir.

Bu zaman bir əllə tənzifın ucları bir-birinə çatdırılır, o biri əllə qiymə toyuğun cəmdəyinə sıxılır və axırda tənzifin ucları bərk bağlanır. İri qazana su töküb (5-6 l.) qaynadıldıqdan sonra hazırlanmış küftə oraya salınıb bişirilir. Küftəni sümüklərdən hazırlanmış bulyonda da bişirmək olar. Qazanın çox gur qaynamasına yol verilməməlidir. Kəfi qaynağa düşəndən sonra ilk 15-20 dəq ərzində arabir yığılır, qazanın ağzı örtülüb hazır olana kimi (1,5-2,0 saat) bişirilir. Dada görə və zövqə görə duz vurulur. Xörək hazır olduqda küftə qazandan çıxanlır, iri plov buluduna qoyulur (tənzifi ehmalca açmaqla) və süfrəyə gətirilir. Xörəyin bulyonu kasalara və ya iri piyalalara çəkilib, üstünə xırda doğranmış keşniş və ya quru nanə səpilir. Bu xörək 8-10 nəfər üçün nəzərdə tutulur. Xörəyin yanında təzə göyərti (turp, vəzəri, göy soğan) verilir və ayrıca qabda sumağ qoyulur.

duru xörəklər mal və qoyun ətindən hazırlananlar MİLLİ MƏTBƏXİMİZ ,



Related Listing

Öz Münasibətinizi Bildirin

Qiymətləndirərək öz münasibətinizi bildirin:

Sosial Qurman

Yemək zövqü olanların və yeməkdən həzz alanların bir araya gəldiyi platformdur.

Son Əlavələr

TEQLƏR