Kəlləpaça soyutması

  • Share
  • CevherShare
  • Share
Qoyun ayaqları, başı və qarnı -1-1,5 kq, yerkökü-1 əd, baş soğan-1 əd, cəfəri kökü-50 q, sarımsaq 2-3 diş, duz, istiot.

Təmizlənmiş və yuyulmuş subməhsullann üzərinə 2-2,5 l soyuq su tökərək zəif odda 4-5 saat bişirilir. Vaxtaşırı kəfi və yağı yığılır. Bişməyə 1 saat qalmış soğan, yerkökü və cəfəri kökü əlavə edilir, sonra kəlləpaçanın həlimi süzgəcdən süzülür, sümükdən təmizlənmiş bişmiş ət ətçəkən maşından keçirilir, həlimə qatılır, duz və istiot vurulub 10 dəq zəif qaynadılır. Axırda döyülmüş sarımsaq əlavə edilir.

İsti kəlləpaça qaynar su ilə yuyulmuş boşqaba və ya formaya tökülür və bərkimək üçün soyuq yerə qoyulur. Süfrəyə verdikdə formanın altını qaynar suya salıb çevirməklə boşqaba qoyurlar. İri qabda hazırlanan soyutma kvadrat və ya romb şəklində doğranıb süfrəyə verilir.

MİLLİ MƏTBƏXİMİZ salat və qəlyanaltılar ət və balıqdan hazırlanan qəlyanaltılar ,



Related Listing

  • Şarlotka

    Şarlotka

    Lazım olan ərzaqlar:4 yumurta,1 stəkan şəkər tozu,1 stəkan un(mən kakao da əlavə etdim),1 ...

    0 ətraflı

  • brauni

    brauni

    Lazım olan ərzaqlar:200 qr tünd şokolad,170 qr kərə yağı,otaq temperaturunda 4 yumurta,300 ...

    0 ətraflı

  • Pendirli perajki

    Pendirli perajki

    Lazım olan ərzaqlar:3.5 stəkan un,qabartma tozu,1 çay qaşığı duz,1 yumurta ağı,1 stəkan ...

    0 ətraflı

Öz Münasibətinizi Bildirin

Qiymətləndirərək öz münasibətinizi bildirin:

Sosial Qurman

Yemək zövqü olanların və yeməkdən həzz alanların bir araya gəldiyi platformdur.

Son Əlavələr

TEQLƏR