Kəlləpaça (başayaq)

  • Share
  • CevherShare
  • Share
Qoyun kəlləsi-800 q, qoyun ayaqları-700 q, qarın-200 q, baş soğan-100 q, sarımsaq-30 q, sirkə-60 q, duz.
Qoyun başını, ayaqlarını kürədə və ya təndirdə od üzərində ütməklə bıçaqla qaşıyıb təmizləmək, dırnaqlarını çıxartmaq və iki yerə parçalamaq lazımdır. Qoyunun qarnı qaynar suda pörtülməklə təmizlənir. Sonra kəllə sümüyünü yararaq beynini çıxarır, dilini dibindən kəsib götürür, kəllənin hər yarısını 3-4 hissəyə bölürlər. Təmizlənmiş və yuyulmuş qarnı qaynar suda pörtüb iç tərəfini bıçaqla qaşıyıb 30-40 q-lıq tikələrə doğrayırlar. Başayağı, qarını yaxşı yuyub qazana yığır və üzərinə soyuq su töküb 3-5 saat suda saxlayırlar. Sonra suyunu atır, üzərinə yenidən soyuq su töküb duzsuz olaraq, zəif odda 6-7 saat bişirirlər. Qaynayan kimi kəfmi kəfkirlə tez-tez yığırlar. Ət bişəndən sonra baş və ayaq sümükləri çıxarılıb atılır. Axıra yaxın qazana 1-2 xırda baş soğan, azacıq duz atılır. Başayaq hazır olduqda onu kasalarda qaynar halda süfrəyə verirlər. Yanına döyülmüş sarımsaq, sirkə və duz qoyurlar.

duru xörəklər mal və qoyun ətindən hazırlananlar MİLLİ MƏTBƏXİMİZ



Related Listing

Öz Münasibətinizi Bildirin

Qiymətləndirərək öz münasibətinizi bildirin:

Sosial Qurman

Yemək zövqü olanların və yeməkdən həzz alanların bir araya gəldiyi platformdur.

Son Əlavələr

TEQLƏR