Kələmli Dovğa

  • Share
  • CevherShare
  • Share
Qatıq-800 q, xama-200 q, yumurta-1 əd, un-1 x.q, düyü 2 x.q, göy soğan-1 dəstə, keşniş-1 dəstə, kərəviz-1 dəstə, kələm-400 q, duz, istiot.

Kələmin zərif yarpaqlarının uc hissələri saman şəklində nazik doğranır və dovğa üçün hazırlanmış göyərtiyə qatılır və dovğa qaynadıqdan sonra göyərti ilə birlikdə qazana tökülür. 15-20 dəq bişirilir. Bişirilmə prosesi adi dovğada olduğu kimidir. Hazır olana yaxın duz vurulur. Dovğa noxudla hazırlandıqda 100 q noxud axşamdan isladılıb ayrıca bişirilməli və hazır xörəyə qatılmalıdır.

Dovğa süfrəyə soyuq və ya isti halda verilir. Dovğa yeyiləndə kələmin diş altında xırçıldaması onu daha xoşagələn və dadlı edir.

duru xörəklər isti-isti MİLLİ MƏTBƏXİMİZ süd və süd məhsullarından hazırlananlar ,



Related Listing

1 Rəy

  1. Gunel, 7 ils əvvəl

    Kələmli dovğa ??????
    Birinci dəfədir eşidirəm

    Münasibətiniz: Thumb up 1 Thumb down 0

       -   Reply

Öz Münasibətinizi Bildirin

Qiymətləndirərək öz münasibətinizi bildirin:

Sosial Qurman

Yemək zövqü olanların və yeməkdən həzz alanların bir araya gəldiyi platformdur.

Son Əlavələr

TEQLƏR