Göyərti küküsü

  • Share
  • CevherShare
  • Share
Yumurta-4 əd, göy soğan və ya kəvər-30 q, keşniş-30 q, şüyüd-20 q, ispanaq-60 q, qatı yağ-40 q, duru bitki yağı-20 q, qatıq-200 q, duz. istiot.

Keşniş, şüyüd, ispanaq və göy soğan təmizlənib yuyulur, xırda doğranır, üzərinə istiot, duz və yumurta əlavə edilib diqqətlə çalınır.

Küküyə bəzən ovulmuş ağ çörək və bir az un əlavə edilir. Tavada qatı yağı qaynama dərəcəsinə qədər qızdırıb göyərti ilə çalmmış yumurtanı oraya tökür, üstünü hamarlayır və qapaqla örtülür. Yumurta bərkidikdən sonra kükü iki və ya dörd hissəyə bölüb çevirilir ki, o biri tərəfi də bişsin. Süfrəyə verdikdə üzərinə duru bitki yağı töküb və yanına qatıq qoyurlar. Qəlyanaltı kimi verildikdə kükü bir qədər qalın bişirilir, romb şəklində doğranır və süfrəyə soyuq halda qoyulur.

MİLLİ MƏTBƏXİMİZ salat və qəlyanaltılar yumurtadan hazırlanan qəlyanaltılar



Related Listing

  • Şarlotka

    Şarlotka

    Lazım olan ərzaqlar:4 yumurta,1 stəkan şəkər tozu,1 stəkan un(mən kakao da əlavə etdim),1 ...

    2 ətraflı

  • brauni

    brauni

    Lazım olan ərzaqlar:200 qr tünd şokolad,170 qr kərə yağı,otaq temperaturunda 4 yumurta,300 ...

    2 ətraflı

  • Pendirli perajki

    Pendirli perajki

    Lazım olan ərzaqlar:3.5 stəkan un,qabartma tozu,1 çay qaşığı duz,1 yumurta ağı,1 stəkan ...

    2 ətraflı

Öz Münasibətinizi Bildirin

Qiymətləndirərək öz münasibətinizi bildirin:

Sosial Qurman

Yemək zövqü olanların və yeməkdən həzz alanların bir araya gəldiyi platformdur.

Son Əlavələr

TEQLƏR