Əriştəli Toyuq Şorbası

  • Share
  • CevherShare
  • Share
Toyuq əti-600 q, 1-ci sort buğda unu-120 q, yumurta-1 əd,  kərə yağı-80 q, alça və ya gavah-80 q, baş soğan-80 q, şüyüd-40 q, zəfəran,duz.

Toyuqdan bişirilmiş bulyon süzülür. Una yumurta, su və duz qatılaraq xəmir yoğrulur. Xəmirə 20 dəq istirahət verilib 1 mm qalınlığında yayılır. Yayılmış xəmirə un səpilib xırda əriştə kəsilir, bulyonda bişirilir, eyni zamanda bulyona alça və gavalı qurusu atılır.

Hazır olana yaxın üzərinə kərə yağında qızardılmış soğan, zəfəran şirəsi, xırda doğranmış göyərti əlavə edilir.

duru xörəklər MİLLİ MƏTBƏXİMİZ toyuq ətindən şorbalar ,



Related Listing

Öz Münasibətinizi Bildirin

Qiymətləndirərək öz münasibətinizi bildirin:

Sosial Qurman

Yemək zövqü olanların və yeməkdən həzz alanların bir araya gəldiyi platformdur.

Son Əlavələr

TEQLƏR