Düyü ilə noxud şorbası

  • Share
  • CevherShare
  • Share

Qoyun əti-600 q, düyü-100 q, noxud-80 q, ərinmiş yağ-80 q, alça qurusu-40 q, yaxud təzə alça-80 q, baş soğan-30 q, keşniş və şüyüd-60 q, quru nanə-4 q, duz, istiot.

Noxud 4-5 saat soyuq suda isladılır və yarım hazır vəziyyətə çatana qədər bişirilir. Xörəyin hər payı üçün 2-3 tikə 50-70 q-lıq qoyun əti kəsilərək ən azı bir saat bişirilir. Sonra ona noxud və düyü qatılıb bişirilmə davam etdirilir. Hazır olmağa 10-15 dəq qalmış ərinmiş yağda qızardılmış soğan və alça əlavə edilir. Süfrəyə verdikdə xörəyin üstünə göyərti səpilir. Bəzən qoyun əti qiyməsindən hər paya 4-5 əd xırda küftəcik hazırlanır və yarım hazır vəziyyətə gətirilmiş noxudla birlikdə bişirilir.

duru xörəklər MİLLİ MƏTBƏXİMİZ yarma və undan hazırlananlar ,



Related Listing

Öz Münasibətinizi Bildirin

Qiymətləndirərək öz münasibətinizi bildirin:

Sosial Qurman

Yemək zövqü olanların və yeməkdən həzz alanların bir araya gəldiyi platformdur.

Son Əlavələr

TEQLƏR