Düşbərə

  • Share
  • CevherShare
  • Share

Qoyun əti-400 q, buğda unu-120 q, yumurta-1 əd, baş soğan-70 q, keşniş-60 q, quru nanə-4 q, üzüm sirkəsi-40 q, duz, istiot.

Düşbərə hazırlamaq üçün sümüklərdən bulyon bişirilir, qoyun ətinin yumşaq hissəsindən soğan və istiot vurmaqla qiymə hazırlanır. Mayasız yoğrulmuş bərk xəmir 1 mm qalmlığında yayılıb kiçik kvadratlar şəklində doğranır. Hər kvadratın ortasına 2-3 q qiymə qoyulur. Kvadratlar üçkünc qatlanıb küncləri geriyə dartılıb uclanndan basılmaqla yapışdırılır. Düşbərəni bulyonda 5 dəq bişirirlər, bu zaman onlar üzə çıxır. Ev şəraitində düşbərəni elə xırda hazırlayırlar ki, bir qaşığa 4-5 əd yerləşir.Süfrəyə verilərkən üstünə keşniş və ya quru nanə səpilir, yanına sarımsaqlı sirkə (və ya alça turşusu) qoyulur.

duru xörəklər isti-isti MİLLİ MƏTBƏXİMİZ yarma və undan hazırlananlar



Related Listing

1 Rəy

  1. sevinc, 3 ils əvvəl

    tesekkur edirem cox komek oldunuz …
    1de cesidleri artirsaz cox gozel olar

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

       -   Reply

Öz Münasibətinizi Bildirin

Qiymətləndirərək öz münasibətinizi bildirin:

Sosial Qurman

Yemək zövqü olanların və yeməkdən həzz alanların bir araya gəldiyi platformdur.

Son Əlavələr