Devid Bekhem: Yemək bişirməyi çox sevirəm

  • Share
  • CevherShare
  • Share
Ulduz futbolçu nələri etiraf etdi?

Məşhur ingilis futbolçu, atdığı hər addımla bütün dünyanın diqqətini öz üzərinə çəkən ABŞ-ın “Los Ancles Qalaeksi” klubunun üzü Devid Bekhem “People” dərgisinin oxucularının sualllarını cavablandırıb. Ulduz futbolçu Viktoriya Bekhemlə evlənməsi, karyerası və övladları barədə danışıb. Bekhem oxucu suallarını cavablandırarkən maraqlı açıqlamalarla diqqəti çəkib. Maraqlı olacağını nəzərə alaraq Fanat.az dərgisində də dərc olunan müsahibəni sizə təqdim edirik.

– Həyat yoldaşınız qadınların sizə olan marağına necə münasibət göstərir?

– Kişilərin ona olan marağına mən necə münasibət göstərirəmsə, o da elə edir. Amma mən də də eyni diqqəti gördüyünü bildirməliyəm. İkimizin də, bir-birimizə göstərilən diqqəti qəbul etməyimiz vacibdir. Çoxlarının sevdiyi və qəbul etdiyi bir ilə evli olmaq qürurverici hissdir.

– Əgər peşəkar futbolçu olmasaydınız, hansı işlə məşğul olardınız?

– Şəkil çəkməyi çox sevirdim. Bəlkədə rəssas olardım. Oğlanlarım həmişə onlar üçün nəsə çəkməyimi istəyir.

– Ən çox sevdiyiniz döymə hansıdır?

– Qolumda Viktoriya üçün çəkdirdiyim və kürəyimdə oğlanlarımın adını yazdırdığım döymələr çox önəmlidir. Amma biri çox önəmlidir. Hansının olduğunu deyə bilmərəm, çünki hamısı mənim üçün bir anlam daşıyır. Hazırda bədənimdə 30 döymə var.

– İnsanları təəccübləndirəcək bir xasiyyətiniz varmı?
– Təmizliyə və ev işlərinə xüsusi diqqətim var. Tozsovuran işlətməyi çox sevirəm. Bundan başqa yemək bişirməkdən də çox xoşum gəlir.

– 9 yaşım var və peşəkar futbolçu olmaq istəyirəm. Mən nə məsləhət görürsünüz?

– Futboldan həzz al. Bu çalışmaq qədər önəmlidir. Hər zaman özünə inan. Əgər bir sahədə uğur qazanmaq istəyirsinizsə, buna inanmalısınız.

– Oğlanlarınız “Armani”nin alt paltarlarının elanları üçün çəkdirdiyiniz şəkilləri görübmü?

– Hə. Hətta ilk dəfə görəndə “ata niyə hər kəsin alt paltarlarını görməsinə icazə verdin”, deyə soruşdular. Amma o qədər də ciddiyə almadılar. Bəlkədə böyük olsaydılar, utanardılar.

– Viktoriya üçün romantik sayıla biləcək nə etmisiniz?

– Bir neçə həftə öncə birlikdə Şeyseller adasına getdik. Viki uzun zaman idi ki, ora getmək istəyirdi. Mən də ona sürpriz etdim. Orada evliliyimizin 10-cu ilini qeyd etdik. Çox romantik yeməklər yedik və hər gecə saat 5-ə qədər birlikdə oturduq. Məncə evliliyin davam etməsi üçün iki nəfərin bir-biri ilə əylənə bilməsi çox önəmlidir. Uşaqlarımız hər zaman hər şeydə üstündür. Amma cütlük olaraq yalnız zaman keçirməyimiz də vacibdir.

– Futbolu bitirəndən sonra nə edəcəksiz?

– Ailəmlə daha çox vaxt keçirmək və xeyriyyəçilik işlərində fəaliyyət göstərmək istəyirəm. UNICEF-in xoşməramlı səfirlərindən biriyəm və bununla qürur duyuram. Bundan başqa bizim “Devid və Viktoriya Bekhem Uşaqlar üçün Yardım Fondu” adı altında bir fondumuz var və bir futbol məktəbimiz fəaliyyət göstərir. Yəni maraqlanmalı olduğum çox iş var.

– Viktoriya ilə daha çox uşaq dünyaya gətirmək istəyirsiniz?

– Hə. İstəyirik ki, daha çox uşağımız olsun. Məncə, beş daha yaxşı rəqəmdir. İki qız gözəl olar. Amma əsas odur ki, sağlam olsunlar. İki oğlana da yox demərəm.

müsahibə



Related Listing

Öz Münasibətinizi Bildirin

Qiymətləndirərək öz münasibətinizi bildirin:

Sosial Qurman

Yemək zövqü olanların və yeməkdən həzz alanların bir araya gəldiyi platformdur.

Son Əlavələr

TEQLƏR