Çiyələk Mürəbbəsi

  • Share
  • CevherShare
  • Share

Xırda qoxulu çiyələk 1kq (dağ çiyələyi yaxşı seçimdir), şəkər – 1 kq, limon turşusu 5q.

Bu bizim çoxlarımızın öz üsuluna görə bişirilən və hər zaman gözəl alınmayan çox ləzzətli mürəbbələrimizdəndir. Əvvəlcə çiyələklərin göy yarpaqları təmizlənir, təbii qoxusu getməyəcək şəkildə yuyulub, suyu yaxşıca süzülür.  İstəyə görə bir qazana şəkərin yarısı qoyularaq üzərinə çiyələyin yarısını, daha sonra digər yarım qalan şəkəri və çiyələklər qoyulur. Gecədən səhərədək gözlədilən çiyələk bu zaman şirəsini buraxmağa başlayır. Səhəri gün isə heç su əlavə etmədən zəif atəşli ocağa qoyulur. Əyər bişərkən köpük yaranarsa bunu yığışdırın.

5-10 dəqiqə qaynatmadan sonra alovu söndürün və ilıq olanadək soyumasını gözləyin.  Bu prosesi 2-3 dəfə edə bilərsiniz. Bu zaman çiyələyin rəngi çox təbii qalacaq və ətrini itirməyəcəkdir. Mürəbbənin suyu (mətinin) qaşıqla yuxarıdan aşağıya süzülməsini izləyin bu qıvamlı bir şəkildə axırsa bu mürəbbənin bişdiyindən xəbər verir. Bu zaman limon turşusu ( ya da kiçik bir limonun suyu) mürəbbəyə tökülüb 3-5 dəqiqə daha qaynadılıb ocaq söndürülür. Bu mürəbbənin kristallaşmaması üçündür. Bişirərkən çox ehtiyatla qarışdırmaq çiyələklərin əzilməyib dənələrinin olduğu kimi qalması estetik cəhətdən də xoşunuza gələcək. Tam soyumuş mürəbbə təmiz quru bankalara tökülərək, qapaqları yaxşıca bağlanıb sərin yerdə saxlanılır.

MİLLİ MƏTBƏXİMİZ mürəbbələr ,



Related Listing

  • Şarlotka

    Şarlotka

    Lazım olan ərzaqlar:4 yumurta,1 stəkan şəkər tozu,1 stəkan un(mən kakao da əlavə etdim),1 ...

    1 ətraflı

  • brauni

    brauni

    Lazım olan ərzaqlar:200 qr tünd şokolad,170 qr kərə yağı,otaq temperaturunda 4 yumurta,300 ...

    1 ətraflı

  • Pendirli perajki

    Pendirli perajki

    Lazım olan ərzaqlar:3.5 stəkan un,qabartma tozu,1 çay qaşığı duz,1 yumurta ağı,1 stəkan ...

    1 ətraflı

Öz Münasibətinizi Bildirin

Qiymətləndirərək öz münasibətinizi bildirin:

Sosial Qurman

Yemək zövqü olanların və yeməkdən həzz alanların bir araya gəldiyi platformdur.

Son Əlavələr

TEQLƏR