Qoyun əti – 1,3 kq, baş soğan – 250 q, göy soğan – 150 q, cəfəri və reyhan – 40 q, sumağ – 10 q vəya narşərab – 20 q, duz, istiot.
Qoyun ətinin bud və ya bel hissəsindən 35-40 q-lıq tikələr kəsib duz və istiot vurulur, şişə çəkilir və manqalda bişirilir. Bəzən, yuxarıda göstərilən qayda ilə basdırma hazırlanır. Kabab hazır olan kimi stola verilməlidir. Banket kababın yanında halqavari doğranmış soğan, göy soğan, ayrıca qabda sumağ və ya narşərab, istiot və duz verilir. Yay vaxtı hər paya şişdə bişirilmiş 100 q pomidor qoyulur. Tikə kababla hazırlanma qaydası eynidir.
Banket kababı süfrəyə verildikdə pomidor, xiyar, bibər və başqa tərəvəzlərlə xüsusi tərtibə salınır. Bəzən kababı bişirildiyi şişdə də stola verirlər.
Related Listing
-
Kələmli Dovğa
Qatıq-800 q, xama-200 q, yumurta-1 əd, un-1 x.q, düyü 2 x.q, göy soğan-1 dəstə, keşniş-1 ...
-
Umac
Un-1,5 st, ərinmiş yağ-5 x.q, yumurta-2 əd, orta irilikdə soğan-2 əd, zəfəran-0,2 q, hər ...
-
Ətli sulu xingal
Qoyun əti-600 q, 1-ci növ buğda unu-160 q, yumurta-1 əd, noxud-100 q, ərinmiş yağ-100 q, ...
Son Rəylər