Balva

  • Share
  • CevherShare
  • Share
Balva (əməköməci) – 8 dəstə vəya 1200 q, düyü-160 q, buğda unu-60 q, kərə yağı-120 q, yumurta-2 əd, lavaşana-40 q, duz, istiot. Zövqə görə buraya 2 dəstə ispanaq, 2 dəstə keşniş və turşu əvəzinə 2 dəstə turşəng də əlavə etmək olar.
Balva bitkisindən bişirildiyinə görə balva adlandırılmışdır. Bunu bişirmək üçün əvvəlcə düyü qazana tökülüb 2 l suda qaynamağa qoyulur. Balva, yəni əməköməci kobud saplardan təmizlənib yuyulur, baş soğanla birlikdə ətçəkən maşından keçirilir (və yaxud taxta üstündə narın doğranır) yarımbişmiş düyünün üstünə əlavə edilir. Əgər əlavə göyərti də qatılacaqsa onlar da xırda doğranıb balva ilə birlikdə qazana tökülməlidir. Balva ilə düyü tam bişdikdən sonra onu, həlimli olması üçün süzgəcdən keçirməklə əzirlər və yenidən qazana töküb üstünə suda çalınmış un və tam bişdikdən sonra turşu, duz, kərə yağı vurur, ən sonda isə yumurtanı az suda çalaraq xörəyə qarışdırırlar. Süfrəyə dərin boşqabda, yaxud kasada verilir və yanına duz, istiot qoyulur.

duru xörəklər MİLLİ MƏTBƏXİMİZ tərəvəz və göyərti şorbaları ,



Related Listing

Öz Münasibətinizi Bildirin

Qiymətləndirərək öz münasibətinizi bildirin:

Sosial Qurman

Yemək zövqü olanların və yeməkdən həzz alanların bir araya gəldiyi platformdur.

Son Əlavələr

TEQLƏR