Badımcan-1400 q, qoyun quyruğu-250 q, göy soğan-150 q, cəfəri və şüyüd-80 q, duz, istiot.
Badımcan (xırdalar) təmizlənir, saplağı kəsilir, uzununa yarılır. Qoyun quyruğu 15-20 q-lıq tikələrə doğranır və badımcanın arasına qoyulub şişə taxılır, manqalda bişirilir.
Süfrəyə verildikdə badımcanın qabığı təmizlənir, quyruqla birlikdə xırdalanır, duz, istiot vurulur və üstünə göyərti səpilir.
Related Listing
-
Qabırğa Kababı
Xammalların tərkibi və miqdarı, hazırlanma qaydası tikəkababda olduğu kimidir. Burada ...
-
Quyruqla lüləkabab
Xammalların tərkibi, miqdarı və hazırlanma qaydası lüləkababda olduğu kimidir. Əlavə ...
-
Lüləkabab
Qoyun əti-1300 q, quyruq-80 q, baş soğan-80 q, göy soğan-150 q, cəfəri və reyhan-60 q, ...
Son Rəylər