Badımcan ruleti

  • Share
  • CevherShare
  • Share

Lazım olan ərzaqlar: 4 orta böyüklükdə badımcan, 3-4 diş sarımsaq (zövqə görə), 1/2 stəkan xırda doğranmış qoz ləpəsi, 4-5 xörək qaşığı mayonez, duz və duru yağ.

Əvvəlcə badımcanları yuyub qabığını tam olmayaraq soyuruq. Sonra 0.5 sm qalınlığında lay-lay doğrayırıq. Əyər badımcanın acılığı varsa üzərinə duz töküb biraz saxlanılır və yuyulub sıxıldıqdan sonra tənzif üzərinə sərib suyun çəkilməsini gözləyirik.

Tavada duru yağı qızdırıb doğranmış badımcanları iki tərəfli olaraq qızardırıq. Qızardılmış badımcanların yağının çəkilməsi üçün tənzif üzərinə qoyuruq. Bu zaman mayonezlə birlikdə sarımsaqları əzib qarışdırırıq.

Yağı çəkilmiş badımcan dilimlərinin üzərinə yarım çay qaşığı qoz ləpəsi və sarımsaqlı mayonez töküb rulet şəklində bükürük. Nuş olsun.

MİLLİ MƏTBƏXİMİZ tərəvəzdən hazırlanan qəlyanaltılar , ,



Related Listing

  • Şarlotka

    Şarlotka

    Lazım olan ərzaqlar:4 yumurta,1 stəkan şəkər tozu,1 stəkan un(mən kakao da əlavə etdim),1 ...

    0 ətraflı

  • brauni

    brauni

    Lazım olan ərzaqlar:200 qr tünd şokolad,170 qr kərə yağı,otaq temperaturunda 4 yumurta,300 ...

    0 ətraflı

  • Pendirli perajki

    Pendirli perajki

    Lazım olan ərzaqlar:3.5 stəkan un,qabartma tozu,1 çay qaşığı duz,1 yumurta ağı,1 stəkan ...

    0 ətraflı

Öz Münasibətinizi Bildirin

Qiymətləndirərək öz münasibətinizi bildirin:

Sosial Qurman

Yemək zövqü olanların və yeməkdən həzz alanların bir araya gəldiyi platformdur.

Son Əlavələr

TEQLƏR