Azərbaycansayağı Borş

  • Share
  • CevherShare
  • Share

Mal əti-500 q, təzə kələm-400 q, aşxana çuğunduru-100 q, yerkökü-60 q, baş soğan-80 q, kartof-300 q, kərə yağı-40 q, pomidor məti-50 q. vəya təzə pomidor-250 q, un-20 q, cəfəri-60 q, xama-40 q, dəfnə yarpağı-2-3 əd, duz, istiot.

Mal əti yuyulur, 50-60 q-lıq tikələrə doğranır, üzərinə 2 l su əlavə edilib bişməyə qoyulur. Qaynağa düşərkən kəfi yığılır 3 saat zəif qaynamaq şərtilə bişirilir. Ət bişdikdən sonra bulyon süzülür, ət sümükdən ayrılıb bir qaba qoyulur. Təmizlənib, xırda doğranmış baş soğan, yerkökü və çuğundur,  kərə yağında qızardılaraq, ona pomidor məti, tomat-pasta və ya qabığı soyulub doğranmış pomidor əlavə edilir. Un da qabaqcadan ayrıca tavada qovrulur (kərə yağında qovurmaq daha yaxşıdır).

Tərəvəzləri yağda pörtüb qızartmaq üçün bulyonun səthinə yığılmış yağdan da istifadə etmək olar. Bulyona əvvəlcə saman şəklində doğranmış kələm, 10 dəq qaynadıqdan sonra 4, 6 və ya 8 yerə bölünmüş kartof (kartofun iri-xırdalığından asılı olaraq) və dəfhə yarpağı əlavə edib bişənə qədər qaynadırlar.  Sonra qovrulmuş un, tərəvəzlər (soğan, yer-kökü, çuğundur) birlikdə borşa qatılır. Dada görə duz və qara istiot əlavə edilib hazır vəziyyətə gətirilir.
Borşa xırda doğranmış 2-3 şirin istiot (bibər) və 3-4 diş sarımsaq əlavə edildikdə dadı xoşagəlimli olur. Borşu süfrəyə verdikdə boşqaba bir tikə ət qoyulur, borş tökülür, üzərinə xırda doğranmış göyərti səpilir, bir çay qaşığı xama əlavə edilir.

duru xörəklər isti-isti MİLLİ MƏTBƏXİMİZ tərəvəz və göyərti şorbaları ,



Related Listing

Öz Münasibətinizi Bildirin

Qiymətləndirərək öz münasibətinizi bildirin:

Sosial Qurman

Yemək zövqü olanların və yeməkdən həzz alanların bir araya gəldiyi platformdur.

Son Əlavələr

TEQLƏR