Aşxana pitisi

  • Share
  • CevherShare
  • Share

Xammalların miqdarı küftə-bozbaşda olduğu kimidir. Bu xörək xüsusi piti qablarında hazırlanır. Qabın tutumu 0,8 l.-dir. Piti hazırlamaq üçün hər paya təqribən 55-60 q-lıq 2-3 tikə qoyun əti götürülür. Noxud 4-5 saat soyuq suda isladılır. Ət və noxud piti qabında zəif od üzərində tədricən (5-6 saat) bişirilir.

Xörəyin hazır olmasma 30 dəq. qalmış kartof, iri doğranmış soğan, alça və duz qatılır. Xörək hazır olana 10-15 dəq qalmış ona 1 q zəfəranın 120 ml suda dəmlənməsindən alınmış məhluldan 1 x.q. vurulur. Piti bir qayda olaraq öz bişirildiyi qabda süfrəyə verilir. Yanına dərin boşqab və ya kasa qoyulur.

duru xörəklər mal və qoyun ətindən hazırlananlar MİLLİ MƏTBƏXİMİZ ,



Related Listing

Öz Münasibətinizi Bildirin

Qiymətləndirərək öz münasibətinizi bildirin:

Sosial Qurman

Yemək zövqü olanların və yeməkdən həzz alanların bir araya gəldiyi platformdur.

Son Əlavələr

TEQLƏR