6 Parallel Art Cuisine

  • Share
  • CevherShare
  • Share

Bizim restoranda zalların tərtibatı nəcib və zərifdir.Bununla yanaşı məkanın qeyri-adi dizaynı xüsusi əhval-ruhiyyə yaradır və özündə qızıl payızın təravətli təamını qoruyub saxlayır. Dəb ənənələrinə sadiq qalaraq, İtaliyadan dəvət olunan peşəkar dizaynerlər məkanın tərtibatında təbii cizgilərə üstünlük verib və bu da təzad təşkil edən neoklassisizmin təbii materiallarla ahənginə gətirıb çıxarıb.

Hər yerdən duyulan hərarət və rahatlıq, unudulmaz ab-hava bizim restoranın qeyri adiliklərindən biridir. İşçi heyətinin yüksək peşəkar hazırlığı, qonaqlara yetirilən diqqət, ofisiantların istənilən vaxt qulluğunuzda hazır olması kifayyət edər ki, Sizin təşrifinizi xoş təəssüratlara çevirsin.

Banket, furşet və ya istənilən səviyyəli və həcmli prezentasiyalar: sadə şəxsi yığıncaqlardan tutmuş ən nəfis banketlərə qədər möhtəşəm anları bizim zallarda qeyd edə bilərsiniz.Ən böyük zalımızda 30 nəfərə qədər qonağı qəbul edə bilərik. 

Banket və əyləncə gecələri bayağı və adi yemək məclisi olmamalıdır.Sizin seçiminizdən asılı olaraq: istər korporativ, istər şəxsi yığıncaqlar, istərsə də prezentasiyaların keçirilməsində bizim menecerlər Sizin zövqünüzə uyğun xidmət növlərini təklif edə və Sizin ziyafətinizin menüusunu tərtib edə bilərlər.

RESTORAN-KAFE



Related Listing

Öz Münasibətinizi Bildirin

Qiymətləndirərək öz münasibətinizi bildirin:

Sosial Qurman

Yemək zövqü olanların və yeməkdən həzz alanların bir araya gəldiyi platformdur.

Son Əlavələr

TEQLƏR