44club restaurant

  • Share
  • CevherShare
  • Share
24 saat xidmətinizdə olan
“44 Club” restoranına xoş gəlmişsiniz!
  Müştərilərin komfort və rahatlığı baxımından gözəl dizayna malik olan “44 Club” restoranı istər personal xidməti, istər mətbəx istərsə də gigiyenik hazırlanma baxımından liderdir.
  2011-ci ilin avqust ayindan fəaliyyətə başlayan “44 Club” restoranı  sizi Azərbaycan qonaqpərvərliyi və bənzərsiz komfort ilə qarşılamağa hazırdır. Restoran Aqua Park ailəvi istirahət mərkəzinin yanında, Rəşid Behbudov 55 ünvanında yerləşir. “44 Club” restoranı fəaliyyətinin ilk dövründən müştəriləri razı salmaq prinsipini əsas tutaraq, qısa bir müddət ərzində həm xarici qonaqları həmdə yerli əhalinin sevimli istirahət mərkəzinə çevrilmişdir və hal hazırda da bütün müştərilərinə Avropa standartlarına tam cavab verən yüksək xidmət növləri təqdim etməkdədir.
  Bu zərif klub-restoran, dizayn və xidmət baxımından son yeniliklərlə təchiz edilmişdir. Şık görkəmli daxili interyer modern avanqard  stilində qurulmuşdur. Yüksək səviyyədə işıqlandırılmış”Red Bar”, klub divarları və dekorasiyası ilə harmoniya təşkil edir.
  İşgüzar görüşlər, mərasim və korporativ tədbirlər keçirmək və ya dostlarla istirahət etmək üçün restoranımızda hər bir şərait yaradılmışdır. İstər ailə şənliklərini, istərsə də konsert proqramlarını dadlı, ləziz və zəngin süfrəsi ilə daha da təmtəraqlı edən “44 Club” restoranının 500 kv.m sahədə yerləşmiş, müasir avadanlıqlarla təchiz edilmiş mətbəxinin peşəkar aşpazlarıdır.
  Lakin biz sadaladığımız nailiyyətlərlə kifayətlənmək niyyətində deyilik. Daimi sürətdə marketinq bazarımızı genişləndirərək biz müştərilərin ildən-ilə dəyişən zövqünü təmin etməyə çalışıriq.
Modern avanqard incə sintezinə malik bir üslubda dizayn edilmiş, professional səs və işıq avadanlıqları ilə təchiz edilmiş “44 Club” restoranında qonaqları gülərüz, və professional personal qarşılayır.
“44 Club” restoranında şəhərin ən dadlı kofesini içmək istəyənlərin əsl yeridir. Burada həmçinin çay, qəlyanaltı, şirələr, içkilər, desrtlər, şirniyyatlar və spirtsiz kokteyl əldə edə bilərsiniz.
Restoranda interyer dekorunda hər bir xırdalıqdan başlayaraq menyudakı yeməklərin tərkibinə qədər fikir verilir.
Menyunun əsasını öz rəngarəngliyi və gözəlliyi ilə ənənəvi milli və Avropa mətbəxi təşkil edir.
Rahat ayrılmış hissələr ( əsas zal, 9 kabinet, VİP zona) sizə restoranımızda vəziyyətə uyğun yer seçmək imkanı verəcək: İş ortaqları ilə biznes lanç, dostlarla görüş, hər hansı bir əlamətdar hadisəni qeyd etmək və ya daha sıx kompaniyada axşam yeməyi yemək. Burada həmçinin yaxınlarınız ilə birlikdə iri ölçülü plazma televizorlardan musiqi və kliplərə seyr etmək şəraiti yaradılıb.
 Restoranın rahat yerdə – paytaxtın mərkəzində yerləşməsi Sizə Bakıda ən yaxşı restoranlarından birində axşam vaxtı rahat abu -havadan zövq almağa imkan verəcək.
Milli mətbəximizin ləziz yeməklərini dadmaq, azərbaycan və dünya musiqisini canlı dinləmək – bir sözlə istirahət etmək istəyirsinizsə buyurun qapılarımız hər zaman sizlərə açıqdır.

 


24 saat xidmətinizdə olan "44 Club” restoranı

 

RESTORAN-KAFE ƏYLƏNCƏ MƏRKƏZLƏRİ



Related Listing

Öz Münasibətinizi Bildirin

Qiymətləndirərək öz münasibətinizi bildirin:

Sosial Qurman

Yemək zövqü olanların və yeməkdən həzz alanların bir araya gəldiyi platformdur.

Son Əlavələr

TEQLƏR